Dərc edilib: 12-04-2025

https://www.nuh.az/41374-.html

Mən sənin əllərinə toxunduğum günü xatıralyıram - Rаsət Pirisoyu

12.04.2025 17:36:26

Mədəniyyət

Mən
sənin əllərinə
toxunduğum günü
xatıralyıram,
o günün axşamını,
o axşamın göy üzünü,
o göy üzündəki
bütün ulduzların
min - min ürək kimi
döyündüyünü
xatırlayıram…
Amma yenə
bitmir, tükənmir,
aramızda
bomboş səhra kimi
uzanan kədər…
Bağışla, xanım,
heç nə, heç nə,
səni mənə xatırlatmır,
əllərin qədər...
.......................
......................
İcazə verin,
əllərinizdən öpüm....
RАSƏT  PİRİSOYU 
Şəkilin açıqlaması yoxdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib