Dərc edilib: 12-04-2025

https://www.nuh.az/41373-.html

Çirkab suları Ceyranbatan Su anbаrınа axıdılır

12.04.2025 16:17:53

LIVE

Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AZTV süjet yayımlayıb.

Bildirilib ki, çirkab sularının su anbarına axıdılması üçün ərazidən boru xətti də çəkilib və bu yolla kanalizasiya suları su anbarının mühafizə xəttinə ötürülür.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən açıqlama verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl də bu ərazidən kanalizasiya sularının Ceyranbatan su anbarına axıdılmasına dair məlumatlar və görüntülər yayılmışdı. Həmin vaxt qurum çirkab sularının su anbarına axıdılması barədə deyilənləri təkzib etmişdi.

Xatırladaq ki, Ceyranbatan su anbarı paytaxtı və ətraf əraziləri içəmli su ilə təmin edən əsas resurslardan biridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib