Elşad Musayev vətəndaşları qəbul etdi
Bu gün Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Binəqədi rayonu Biləcəri qəsəbəsində növbəti vətəndaş qəbulu keçirdi. Bələdiyyə binasında baş tutan görüşdə rəsmi şəxslər, cəmiyyətin sosial müdafiəyə ehtiyacı olan nümayəndələri və digər qəsəbə sakinləri iştirak etdi.
Qəbul zamanı müraciət və təkliflər dinlənildi, müraciətlər qanunamüvafiq qaydada həll olunması üçün nəzarətə götürüldü.
BAP Mətbuat Xidməti