Dərc edilib: 11-04-2025

https://www.nuh.az/41354-.html

Repetitor yanına getmədən maksimum nəticə göstərdi

11.04.2025 10:49:57

Region

Şəki şəhər Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Məhəmməd İsmayılov martın 2-də baş tutan buraxılış imtahanında maksimum nəticə göstərərək 300 bal toplayıb.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə liseyin yaydığı məlumatda deyilir.
Bildirilib ki, Məhəmməd İsmayılov heç bir fəndən xüsusi olaraq hazırlığa (repetitor hazırlığına) getməyib.
“Məhəmməd eyni zamanda 2025-ci ildə kimya fənnindən RFO-nun final mərhələsində iştirak hüququ qazanıb”, - məlumatda qeyd olunur.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib