Dərc edilib: 11-04-2025

https://www.nuh.az/41353-.html

Dünyanın ən xoşbəxt şəhəri seçildi

11.04.2025 10:37:08

LIVE

London Həyat Keyfiyyəti İnstitutu tərəfindən tərtib olunmuş yeni reytinqə əsasən, Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, ilk beşlikdə Sürix (İsveçrə), Sinqapur, Orxus (Daniya) və Antverpen (Belçika) qərarlaşıb.

Həmçinin ilk onluğa Seul (Cənubi Koreya), Stokholm (İsveç), Taypey (Çin), Münhen (Almaniya) və Rotterdam (Hollandiya) daxildir.

Analitiklər reytinqi 5 kriteriya - ümumi rifah (təhsil, dövlət dəstəyi, mənzil), idarəetmə (vətəndaşların cəlb edilməsi, açıq məlumatların əlçatan olması, elektron xidmətlər), ekologiya (yaşıllıqlar, havanın keyfiyyəti, emal səviyyəsi), səhhət (tibbi xidmət, psixoloji vəziyyət, iş və şəxsi həyat arasında balans), mobillik (nəqliyyat sistemi, xidmət keyfiyyəti, gediş haqqı, yol-nəqliyyat hadisələri) üzrə tərtib ediblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib