Dərc edilib: 11-04-2025

https://www.nuh.az/41349-.html

Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…

11.04.2025 00:30:07

Cəmiyyət

Azərbaycanda dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 12-nin ötən il Milli Məclisdə təmsilçisi olub.
Yeniavaz.com
 xəbər verir ki, parlamentdə təmsilçisi olan partiyalara dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb.
Qeyd edək ki, dövlət büdcəsindən maliyyə alan partiyalardan yalnız birinin – Böyük Azərbaycan Partiyasının işçisi olmayıb. Digər 11 partiyanın isə işçiləri olub və onlara partiyanın büdcəsindən əməkhaqqı ödənilib.
Məlumat üçün bildirək ki, ötən il ərzində işçisinə ən çox əməkhaqqı ödəyən siyasi partiya Yeni Azərbaycan Partiyası (YAP) olub. Ümumilikdə 764 işçisi olan YAP-da bir işçiyə düşən orta aylıq əməkhaqqı məbləği 1 498 manat təşkil edib. Ən az əməkhaqqı isə Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) qeydə alınıb. AMİP-də bir işçiyə düşən orta aylıq əməkhaqqı 219 manat olub.
Parlamentdə təmsil olunan siyasi partiyaların 2024-cü ildəki əməkhaqqı fondu, işçi sayı və bir işçiyə düşən orta aylıq əməkhaqqı məbləği cədvəldə göstərilib:



Onu da qeyd edək ki, ötən ilin sentyabr ayında baş tutan parlament seçkilərindən sonra Vəhdət Partiyası Milli Məclisdə təmsil olunmur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib