Dərc edilib: 10-04-2025

https://www.nuh.az/41348-.html

ABŞ-nin Ukraynadakı səfiri istefa verib

10.04.2025 23:53:50

LIVE

ABŞ-nin Ukraynadakı səfiri Bridjit Brink istefa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti gözlənilən istefasını təsdiqləyib.

Müvafiq bəyanatı jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus verib.

Brinkin Kiyevdəki Amerika diplomatik missiyasının rəhbəri vəzifəsindən gözlənilən istefasını təsdiqləmək üçün Bryus, “Bəli, o evə qayıdır. O, əla iş gördü və biz ona ən yaxşısını arzulayırıq”, - deyib. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib