Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
Məlum olduğu kimi, Azərbaycanda təhsilə görə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı qanunvericilikdə bir sıra dəyişikliklər edilib. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna edilən dəyişikliklərə görə, təhsil alanın hərbi xidmətə çağırış üçün möhlət yaşı müxtəlif səbəblərə görə dəyişəcək.
Qanuna əsasən, bakalavrlar üçün 24 yaş, magistrlar üçün isə 26 yaş həddi var. Bu yaşlardan sonra vətəndaş müvafiq pillədə təhsil alsa da, əsgər aparılır.
Bəs bu qanun qəbul olunana qədər təhsil alan şəxslər necə olacaq?
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov Milli.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, əgər 29 dekabrdan əvvəl, yəni fərman imzalanmamışdan əvvəl vətəndaş ali məktəbə qəbul olub və bu barədə arayışı qeydiyyatda olduğu müvafiq bölməyə təqdim edibsə, ona möhlət verilir və bu qanun onlara şamil olunmur.
"Yəni, onlar təhsili davam etdirəcəklər. Amma sonradan qəbul olan vətəndaşlar varsa, onlar yaş limitinə uyğun olaraq hərbi xidmətə cəlb olunacaq".