Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
Aprelin 9-da Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi (MTK) kütləvi iğtişaşların təşkili və millətlərarası münaqişənin qızışdırılması cəhdini dayandırdığını bəyan edib.
Yeniavaz.com xəbər verir ki, agentliyin məlumatına görə, cinayəti törədənlər yerli münaqişələr, ardınca kütləvi etirazlar və iğtişaşlar təşkil etmək niyyətində olublar.
“Əsas məqsəd sonradan dövlət çevrilişinə cəhd etməklə ictimai-siyasi sabitliyi pozmaq olub”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, mülki şəxslərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı təxribatlar da planlaşdırılıb.