Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İmralı adasında həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, bu barədə o, Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısındakı çıxışında bildirib.
“Sabah DEM heyəti ilə görüşəcəyik. Terrorsuz Türkiyə hədəfini təsdiq edəcəyik”, - Ərdoğan qeyd edib.
Digər tərəfdən, Türkiyə vitse-prezdenti Cevdet Yılmaz da AKP qrup toplantısı ərəfəsində mətbuat nümayəndələrinin Ərdoğan və DEM Partiyası heyətinin nə vaxt görüşəcəyi ilə bağlı sualını cavablandırıb.
“Terrorsuz Türkiyə çox vacibdir. Bu həftə görüş gözlənilir. Silahların tez bir zamanda yerə qoyulmasını və terror təşkilatının özünü buraxmasını gözləyirik”, - Yılmaz bildirib.