Dərc edilib: 09-04-2025

https://www.nuh.az/41330-.html

Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək

09.04.2025 19:57:32

LIVE

Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək.

NUH.az    APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 9-10 aprel tarixlərində Ermənistan Respublikası silahlı qüvvələri və İran İslam Respublikası silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri birgə təlimlər keçirəcək.
Ermənistan ordusunun bölmələri Ermənistan ərazisində, İran ordusunun bölmələri isə İran ərazisində təlimlər keçirəcək.
Məlumatda qeyd olunub ki, "təlimlər şərti terrorçu qrupların Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd nəzarət-keçid məntəqələrinə hücumlarının neytrallaşdırılmasını nəzərdə tutur”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib