Prezident onu rektor təyin etdi - Sərəncam
Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, Mingəçevir Dövlət Universitetinin bundan əvvəlki rektoru Şahin Bayramov olmuşdu. O, Prezidentin müvafiq Sərəncamı ilə Qarabağ Universitetinin rektoru təyin edilmişdi.