Dərc edilib: 09-04-2025

https://www.nuh.az/41325-.html

Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu

09.04.2025 15:08:48

Hadisə

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq.


Bu barədə təqdimat Milli Məclisə daxil olub.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur. (APA)

NUH informasiya agentliyi səhifəsindən çap edilib