Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
Rabitəbank olaraq, Azərbaycan Banklar Assosiasiyasının (ABA) yaranmasının 35 ili münasibətilə təbrik edirik!
ABA-nın 35 illik fəaliyyəti – Azərbaycanın maliyyə bazarlarının inkişafında və maliyyə xidmətlərinin müasir standartlara uyğunlaşdırılmasında əsas həlqə olmuşdur. Bu 35 il yalnız ABA-nın deyil, bütövlükdə Azərbaycan bankçılığının müasir dövrə adaptasiyasının simvoludur.
Bu münasibətlə başda ABA-nın prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov olmaqla bütün kollektivi təbrik edirik!
Birlikdə daha yüksək zirvələrə doğru addımlamağımıza inanırıq!
Uğurlarınızın davamını diləyirik!
Kаmil Аllаhverənov
