Dərc edilib: 08-04-2025

https://www.nuh.az/41319-.html

Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO

08.04.2025 19:28:14

Cəmiyyət

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 7-də və 8-də Şəki Şəhər Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Musavat.com xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsində Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ şəhər və rayonlarından qəbula gələn 312 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.

Səfər çərçivəsində V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Vətən müharibəsinin 34 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 198 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib