Dərc edilib: 08-04-2025

https://www.nuh.az/41317-.html

Ərdoğan Özgür Özeli məhkəməyə verdi

08.04.2025 15:28:32

LIVE

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özeli məhkəməyə verib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentin vəkili Hüseyn Aydın xunta ilə müqayisə və təhqirlərə görə Ö.Özəldən 500 min lirə (təxminən 13 min 100 dollar) məbləğində mənəvi təzminat tələb olunduğunu deyib:

“CHP sədri Özgür Özəl tərəfindən fövqəladə qurultayda prezidentimizə qarşı səsləndirdiyi əsassız ittihamlar, onu “xunta üzvü” adlandırması və sair səbəbilə 500 min türk lirəsi mənəvi ziyanın ödənilməsi üçün Ankara birinci instansiya mülki məhkəməsində iddia qaldırılıb”.

Vəkil qeyd edib ki, prezidentin təhqir olunması ilə bağlı iddia cinayət işinin başlanması üçün Ankara Baş Prokurorluğuna göndərilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib