Türkiyə LİMON ixracını dayandırır
Türkiyədə limon ixracı müvəqqəti olaraq dayandırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin Ticarət Nazirliyi yayıb.
Bildirilib ki, bu barədə qərar daxili tələbatın nizamlanmasına yaranan zərurət, eləcə də qiymət dinamikasının dəstəklənməsinə görə verilib.
Qərar aprelin 8-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Türkiyə dünyada limon ixracına görə altıncı pillədə qərarlaşıb. 2024-cü ilin nəticələrinə əsasən, ölkə xaricə 357 milyon dollar dəyərində limon ixrac edib.