Dərc edilib: 07-04-2025

https://www.nuh.az/41297-.html

Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ

07.04.2025 12:43:36

LIVE

Xaçmazda 45 yaşlı Yaqut Məmmədova​ qətlə yetirilib.


NUH.az    Oxu.az-a istinadən xəbər verir ki, qətldə Xaspoladoba kəndində molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov şübhəli bilinir.

Məlumata görə, o, həyat yoldaşını boğaraq qətlə yetirib. Daha sonra A.Məmmədov polis idarəsinə gələrək təslim olub.

İlkin məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib