Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
Dolma yeməyi Baltikyanı ölkələrin maddi mədəni milli irsi elan edilib.
Musavat.com xəbər verir ki, bu barədə Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov sosial media hesabında yazıb. O bildirib ki, bu məsələdə məsuliyyət Dövlət Turizm Agentliyinin üzərinə düşür:
“1988-ci ildən başlayaraq mətbəx davamızda dolma lakomotiv idi . Dövlət Turizm Agentliyinin gücüylə ASCA (Amerika Kulinariya İncəsənət Məktəbi) WACS-a (Dünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası) gətirildi. 2022-ci ildə sədr müavini səviyyəsində mətbuata verdikləri sözü yerinə yetirdilər.
ASCA-nın Worldchefs-World Association of Chefs Societies -in milli irs komitəsinə gətirilməyi sən demə, buna görəydi.
Milli irs komitəsinə yerləşdirilmələri 3 ay deyil dolmanı artıq Baltikyanı ölkələrin maddi-mədəni milli irsi elədilər. Bu Dünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası ilə birlikdə bir ildə 2,9 milyon pul silməkdən betər oldu ki!
3 aya bizim 37 illik davamızı, zəhmətimizi yerlə yeksan etdilər.
Artıq Dövlət Turizm Agentliyindən xaricə dövlət sirlərinin sızdırılması heç təccüblü deyil”, -T. Əmiraslanov deyib.