Dərc edilib: 06-04-2025

https://www.nuh.az/41290-.html

Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt

06.04.2025 22:05:34

LIVE

“Halal Zəhmət” firmasının kolbasasından dəmir parçası çıxıb.

Bu gün ölkədə müxtəlif müəssisələrin istehsal etdiyi fərqli adda və çeşiddə kolbasa məhsulları satılır. Lakin sosial platformalarda müştərilər bu kolbasa, sosis və digər istehsal olunan məhsullardan mütəmadi yad cism çıxması ilə bağlı şikayətlər yayımlanır.
 
NUH.az    XALQ.AZ -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə  aparıcı Nübar Əbil şikayət paylaşılıb.
 
Şikayətçi bildirib ki, almayın, ailənizə, uşaqlarınıza verməyin. Görün bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir. “Bu kolbasanın artıq yarısı yeyılıb, bu məsələyə görə “Halal Zəhmət” firması heç məsuliyyət daşıyırmı kolbasanın içindən dəmir parçası çıxdı”.
 
Məsələ ilə bağlı “Halal Zəhmət” firmasından açıqlama almaq mümkün olmadı. Şirkətində fikirlərini dərc etməyə hazırıq.
 
Həmin görüntüləri təqdim edir:
 
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib