Azərbaycanda atların sayı niyə AZALIR?
Bildiyimiz kimi, ölkəmizdə uzunqulaqlarla yanaşı, atların da sayının azalmasıyla bağlı Dövlət Statistika Komitəsinin məlumatı açıqlanıb.
Belə ki, atların sayı 1 ildə 7 % azalıb.ss
Qeyd edək ki, ölkəmizdə bu iki heyvandan ən çox yük daşımaq üçün istifadə olunur.
Bəs belə halda bu azalmanın əsasında hansı amillər dayanır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bu göstəriciləri birbaşa heyvandarlığın azalmasıyla əlaqələndirir:
“Atların sayının azalması heyvandarlığın məhdudlaşdırılmasıyla bağlıdır. Yəni, insanların heyvandarlıq etdiyi otlaqlarda atlara ehtiyac duyulur. Son illərdə isə Azərbaycanda otlaq sahələrinin sayı azalıb. İri və xırda buynuzlu heyvanların otarılması üçün yerlər qalmayıb. Buna görə də atlara da ehtiyac duyulmur”,- deyə iqtisadçı vurğulayıb.
Müsahibimiz deyir ki, bu azalma heyvandarlıqla məşğul olan əhalinin sayının azalmasıyla adekvatdır.
“Hərçənd ölkədə fermerlərin, heyvandarlıq artsa, o zaman atların da sayı artacaq. Bu, otlaqların zəbt olunmasından qaynaqlanan məsələdir”.