Dərc edilib: 06-04-2025

https://www.nuh.az/41283-.html

Yenidən CHP sədri seçildi

06.04.2025 17:45:46

Cəmiyyət

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl 1 171 səslə yenidən partiyanın rəhbəri seçilib.

Qaynarinfo bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
"CHP-nin təşkil etdiyi 21-ci fövqəladə qurultayında nümayəndələrin səsvermə prosesi başa çatdı. Qurultayda 1 171 nümayəndə səs verdi. CHP sədrliyi üçün yeganə namizəd olan Özgür Özəl, rəsmi olmayan nəticələrə görə, səslərin hamısını alaraq rekord səslə yenidən CHP-nin sədri seçildi”, deyə məlumatda bildirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib