Dərc edilib: 05-04-2025

https://www.nuh.az/41274-.html

Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi

05.04.2025 20:30:07

Siyasət

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.
İqtisadi, ticari, investisiya və humanitar sahələrdə layihələrin icrasının sürətləndirilməsinin vacibliyinə toxunulub.
Prezidentlər yüksəksəviyyəli gələcək görüşlər barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı regional, o cümlədən Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib