Dərc edilib: 31-03-2025

https://www.nuh.az/41237-.html

Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

31.03.2025 11:00:20

LIVE

Musavat.com xəbər verir ki, AZTV Xankəndinin mərkəzində yerləşən dördmərtəbəli binanın zirzəmisindən çəkilmiş dəhşətli görüntüləri yayımlayıb. İlk baxışda adi yaşayış binasına bənzəyən bu tikilinin zirzəmisində əsl labirint mövcuddur.


Kadrlar göstərir ki, zirzəmi həbsxana və ya sığınacaq kimi istifadə edilib. Buradakı qapılar, qaranlıq tunellər və beton divarlar ora daxil olan hər kəsə xof hissi yaşadır.

Mütəxəssislərin ehtimalına görə, Vətən müharibəsi zamanı bu yer döyüşçülərin gizlənməsi üçün istifadə olunub. Lakin tunelin hara qədər uzandığı və hansı məqsədlə inşa edildiyi hələlik tam məlum deyil.

Görüntülər və daha ətraflı məlumat AZTV-nin hazırladığı süjetdə təqdim olunub. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib