Tramp üçüncü dəfə prezident olmaq istəyir
ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etmir.
Modern.az xəbər verir ki, bu barədə o, "NBC News"a müsahibəsində deyib.
"Bir çox insan bunu etməyimi istəyir. Amma mən onlara deyirəm ki, hələ çox uzun yolumuz var, bilirsiniz ki, bu, administrasiyanın başlanğıcıdır", - deyə Tramp bildirib.
Qadağaya baxmayaraq, Donald Tramp bundan yan keçə biləcəyinə əmindir. O, konstitusiya qadağasından yan keçməyin “yollarının” olduğunu deyib.