Dərc edilib: 30-03-2025

https://www.nuh.az/41228-.html

Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək

30.03.2025 23:35:39

LIVE

Rusiyalı pop müğənnisi, teleaparıcı və aktyor Aleksey Çumakovun Bakıda konserti keçiriləcək.


NUH.az      oxu.az-a istinadən xəbər verir ki, ifaçı müsahibələrinin birində özünü daha çox erməni saydığını etiraf edib. Belə ki, onun atası bolqar olsa da, anası ermənidir.

Müğənni ana tərəfdən nənə və babasının Qarabağ ermənisi olduğunu xatırladıb, Səmərqənddə doğulmasına baxmayaraq öz tarixi köklərinə bağlı olduğunu qeyd edib.

Aleksey Çumakovun Bakı konserti aprelin 20-nə planlaşdırılıb.

Qeyd edək ki, Çumakovun 2020-ci ildə də Bakıda konserti keçirilmişdi. 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib