Dərc edilib: 30-03-2025

https://www.nuh.az/41211-.html

Başladığımız işləri davam etdiririk – Ərdoğan

30.03.2025 14:04:14

Dünya

“Yol xəritəmizə uyğun olaraq “Terrorsuz Türkiyə” hədəfimizə uyğun olaraq başladığımız işləri davam etdiririk”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibəti ilə yaydığı təbrikdə deyib.
Ölkə başçısı bildirib ki, dövləti üzərinə düşəni edib:
“İndi təşkilatın çağırışa əməl etməsinin vaxtıdır. Bununla bağlı bizim hədsiz vaxtımız və səbrimiz yoxdur. Biz təşkilatın daha çox gecikmədən özünü ləğv etməsini və tamamilə tərksilah edilməsini gözləyirik. Qlobal, regional və daxili dinamikamız belə bir prosesin uğurla başa çatması üçün bizə əvvəlkindən daha münasib şərait yaradır. Biz buna birgə nail olduğumuz zaman ölkəmizi 40 illik qanlı və ağır bəladan tamamilə xilas etmiş olacağıq”.
Xatırladaq ki, fevralın 27-də Abdullah Öcalan PKK üzvlərinə müraciət edərək silahı yerə qoymağa və təşkilatı ləğv etməyə çağırıb. Daha sonra terror təşkilatı Abdullah Öcalanın çağırışına əməl edəcəklərini və atəşkəslə razılaşaraq onu həyata keçirəcəklərini bəyan edib. Aprel ayında təşkilatın özünü buraxmaq üçün qurultay keçirəcəyi gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib