Dərc edilib: 30-03-2025

https://www.nuh.az/41210-.html

Dəhşətli zəlzələdə ölənlərin sayı 1700-ü keçdi - minlərlə yaralı var

30.03.2025 12:50:23

LIVE

Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1700 nəfəri keçib, 3400-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Sinxua” agentliyi rəsmi mənbələrə istinadla yayıb.

Təbii fəlakət ölkədə böyük dağıntılara səbəb olub. Onlarla yaşayış binası, məktəb və ictimai obyektlər dağılıb, çox sayda insan evsiz qalıb.

Axtarış-xilasetmə işləri davam edir və rəsmi qurumlar zərərçəkənlərin sayının daha da arta biləcəyindən ehtiyatlanır.

Bundan əlavə, ötən gün Myanmada daha bir zəlzələ qeydə alınıb. Bu dəfə yeraltı təkanların maqnitudası 5,1 olub. Bu da bölgədə təbii təhlükənin hələ də davam etdiyini göstərir.

Hazırda ölkədə fövqəladə vəziyyət elan olunub, beynəlxalq humanitar təşkilatlar yardım üçün hərəkətə keçiblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib