DƏHŞƏT! Moskvada FSB binasının önündə PARTLAYIŞ - Prezident Administrasiyasına məxsus avtomobil göyə sovruldu
Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FSB) binası yaxınlığında Rusiya Prezident Administrasiyasına məxsus Aurus Senat markalı limuzin partlayaraq yanıb.
Musavat.com xəbər verir ki, bu barədə "BAZA" telegram kanalı məlumat yayıb.
İlkin versiyalara görə, avtomobil xarici təsir (kənardan idarə edilən partlayıcı qurğu) vasitəsilə partladılıb.
Baş vermiş partlayışla bağlı araşdırmalara başlanılıb.