Dərc edilib: 29-03-2025

https://www.nuh.az/41203-.html

Xərçəngdən əziyyət çəkən Səbinənin köməyə ehtiyacı var - FOTO

29.03.2025 23:21:41

Hadisə

Süd vəzi xərçəngindən əziyyət çəkən Səbinə Yadigarovanın sizin dəstəyinizə ehtiyacı var.

Publika.az xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Səbinə Yadigarova bildirib ki, xəstəlik hazırda ikinci mərhələdədir və sol qoltuqaltı limfa düyünlərinə metastaz verib.

Ailənin xərçəng xəstəliyi ilə təkbaşına mübarizə aparmağa gücü çatmır. İki körpə uşağı ilə kirayədə yaşayan Səbinə Yadigarovanın xeyirxah insanların dəstəyinə ehtiyacı var.

O qeyd edib ki, əməliyyata qədər 8 kimyaterapiya almalı, hər dəfə də 850 manat ödəniş etməlidir.

"İki uşağımla kirayədə yaşayıram, Maddi vəziyyətim olduqca ağırdır. Təyin olunan dərmanlar çox bahadır, almağa imkanımız çatmır. Artıq çarəsiz vəziyyətdəyəm, bu amansız xəstəliklə təkbaşına mübarizə apara bilmirəm. Yardımsevər şəxslərdən mənə dəstək olmalarını xahiş edirəm. Övladlarımın xoş gününü görmək istəyirəm. Mənə kömək olun", - Səbinə Yadigarova bildirib.

Ailə ilə əlaqə: 077-305-26-46 (Qardaşı)

Kart hesabı: Kapital bank

4169738822048124

NUH informasiya agentliyi səhifəsindən çap edilib