Qrenlandiya bizə lazımdır
“ABŞ beynəlxalq təhlükəsizliyi təmin etmək üçün Qrenlandiyaya ehtiyac duyur”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Beynəlxalq təhlükəsizlik üçün bizə Qrenlandiya lazımdır. Onu əldə etməliyik. Bu, müdafiə, hətta, hücum nöqteyi-nəzərindən bizə lazım olan bir adadır, xüsusən də dünyanın indiki vəziyyətində... Və bizdə olmalıdır. Bunu deməyə nifrət edirəm, amma bizdə olmalıdır. Qrenlandiyalılar bunu istəmirlər. Amma hesab edirəm ki, biz bunu etməliyik, onları inandırmalıyıq və o torpağın sahibi olmalıyıq. Çünki onlar o torpağın çox hissəsini lazımi qaydada qoruya bilməz”, - Tramp qeyd edib.