Paşinyan üç eks-prezidentə dedi: - Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam
Baş nazir Nikol Paşinyan Ermənistanın üç eks-prezidentini hədələyərək yenidən Qarabağ məsələsi ilə bağlı ictimai müzakirəyə çağırıb. “Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam”,-deyə Paşinyan deyib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, parlamentdəki hökumət saatı zamanı o, yenidən "Artsaxın" itirilməsinə görə məsuliyyəti keçmiş liderlərin üzərinə atıb və eyni zamanda, ictimai məkanda onunla müzakirə etmək istəmədiklərinə görə onları qınayıb.
“Əgər müzakirə etmək istəyirsənsə, gəl, danışaq. Əgər mənimlə müzakirə etməyin mənası olmadığını düşünürsənsə, sus və sakit otur”,-deyə Paşinyan rəqiblərinə sərt xəbərdarlıq edib.