Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasını müzakirə etməyə hazırdır
Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun ləğvi məsələsini müzakirə etməyə hazır olduqlarını bəyan edib.
Musavat.com xəbər verir ki, o, bunun səbəbini Ermənistanın “Qarabağ hərəkatını” davam etdirmək niyyətində olmaması ilə izah edib.
"Biz bunu etmirik, çünki əmin olmaq istəyirik ki, bundan sonra Azərbaycan Qərbi Azərbaycan terminini irəli sürməyə davam etməyəcək", – deyə Paşinyan bildirib.