Dərc edilib: 26-03-2025

https://www.nuh.az/41167-.html

Tramp Ərdoğanı tərifləyib....

26.03.2025 16:53:56

LIVE

ABŞ prezidenti Donald Tramp Türkiyəni və ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanı tərifləyib.


Publika.az xəbər verir ki, Tramp ABŞ-ın Ankaradakı səfirliyinə namizədliyini irəli sürdüyü 77 yaşlı milyarder Tomas Barakın Ağ Evdə qəbulu zamanı Türkiyə ilə bağlı fikirlər səsləndirib.

Trampla işləməkdən məmnun olduğunu və ona təşəkkürünü bildirən Barak Türkiyəni ən qədim sivilizasiyalardan biri adlandırıb.

Donalda Tramp da Barakın sözlərinə cavab olaraq “Yaxşı ölkədir, lideri də yaxşıdır” deyib.

Qeyd edək ki, Tom Barak və Donald Tramp arasında illərdir dostluq münasibətləri var.

Trampla ticari əməkdaşlıq edən Barak Trampın müxtəlif daşınmaz əmlak layihələrinə töhfə verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib