Dərc edilib: 26-03-2025

https://www.nuh.az/41162-.html

Baş prokurorun səlahiyyət müddəti bitir - Milli Məclis təqdimata baxacaq

26.03.2025 15:25:46

LIVE

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti bitir.

 
Moderator.az xəbər verir ki, o, 2020-ci il may ayının 1-də vəzifəyə təyin olunub.
 
"Prokurorluq haqqında" qanunun 16-cı maddəsinə əsasən, Baş prokurorun səlahiyyət müddəti 5 ildir. K.Əliyevin vəzifədə olma müddəti 2025-ci il may ayının 1-də sona çatır.
 
Azərbaycan Konstitusiyasının 133-cü maddəsinə əsasən, Baş prokuroru Azərbaycan Prezidenti Milli Məclisin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
 
Qanunvericiliyin tələbinə uyğun olaraq parlament may ayının 1-dək Baş prokurorun təyinatı ilə bağlı məsələyə baxmalıdır.
 
"Prokurorluq haqqında" qanun bir şəxsin neçə dəfə Baş prokuror təyin olunmasına hər hansı məhdudiyyət qoymur.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib