Dərc edilib: 26-03-2025

https://www.nuh.az/41159-.html

24 yaşlı oğlan həmin 13 yaşlı ilə bir evdə yaşayır – Kəmalə Ağazadə

26.03.2025 14:39:01

LIVE

Neçə gündür Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı pedofildən dünyaya uşaq gətirməsi gündəmi zəbt edib”. 
Yeniavaz.com xəbər verir ki, bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, həmin şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 152.4.1 maddəsinə uyğun olaraq 6 il azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab edilərək Bakı İstintaq Təcridxanasında həbsdən azad edilib.
K.Ağazadə bildirib ki, indi 24 yaşlı oğlan həmin azyaşlı ilə bir evdə yaşayır və qızın 18 yaşı olanda nikah kəsəcəyini gözləyir: “Ağcabədi Rayon İcra Hakimiyyəti guya nəzarətə götürüb. Azyaşlının ailəsi qızdan imtina edib”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib