Dərc edilib: 26-03-2025

https://www.nuh.az/41153-.html

Bаkıdа HƏBSXАNАDА Planşet, bahalı viski...

26.03.2025 12:05:36

LIVE

13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.

Musavat.com-un əldə etdiyi məlumata görə, Çingiz Yusifov həbsxanada dustağa yaradılan xüsusi şəraitə görə cəzlandırılıb.

 

WhatsApp Image 2025-03-26 at 11.49.13.jpeg (10 KB)

Çingiz Yunisov

Belə ki, xidməti yoxlama zamanı dustaqlardan birindən planşet, qulaqcıq, smart saat, modem aparatı və bahalı viski aşkarlanıb.

Həmin dustaq da məsuliyyətə cəlb edilib və əlavə 5 ay həbs cəzası alıb.

Qeyd edək ki, bu hadisədən sonra Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.

Çingiz Yunisov ümumiyyətlə Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib