Dərc edilib: 26-03-2025

https://www.nuh.az/41150-.html

Bu gün sonuncu Qədr gecəsidir

26.03.2025 11:21:18

Hadisə

Bu gün Azərbaycanda Ramazan ayında sonuncu Qədr (əhya) gecəsidir.

Qaynarinfo xəbər verir ki, dördüncü Qədr gecəsi martın 26-dan 27-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi "Quran”ın nazil olduğu gecədir. "Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Xatırladaq ki, martın 30-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib