Azərbaycan millisi yenə uduzdu - Yenilənib
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti sınağına çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Fernandu Santuşun çalışdırdığı yığmamız Belarus millisini qəbul edəcək.
Masazırda keçiriləcək oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, Azərbaycan yığması bir neçə gün öncə Sumqayıtda keçirdiyi ilk yoxlama oyununda Haitiyə 0:3 hesabıyla uduzub.
Yoxlama oyunu 25 mart 21:45.
Azərbaycan – Belarus
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan).
“Bank Respublika Arena”.
***
Start heyətlər bəlli olub.
Azərbaycan: 23. Rza Cəfərov, 21. Mert Çelik, 4. Bəhlul Mustafazadə (k), 14. Zamiq Əliyev, 17. Toral Bayramov, 6. Ozan Kökçü, 18. Səbuhi Abdullazadə, 25. Şahin Şahniyarov, 10. Mahir Emreli, 24. Xəyal Əliyev, 19. Nəriman Axundzadə
Baş məşqçi: Fernandu Santuş
Belarus: 16. Fyodor Lapouxov, 3. Pavel Zabelin, 6. Sergey Politeviç (k), 4. Aleksey Qavriloviç, 2. Kirill Peçenin, 9. Maks Ebonq, 14. Yevgeni Yablonski, 19. Yuri Kovalyov, 17. Vitali Lisakoviç, 10. Valeri Qromiko, 23. Trofim Melniçenko
Baş məşqçi: Karlos Alos
***
Matçda fasilə verildi.
***
İkinci hissə start götürdü.
***
Qarşılaşmanın 59-cu dəqiqəsində qonaqlar hesabı açdılar. Pavel Zabelin qapımızdan bir top keçirdi - 0:1.
***
Demçenka 78-ci dəqiqədə hesabı 0:2 edir.
***
Matç 0:2 hesabı ilə bitdi.
Qeyd edək ki, Azərbaycan yığması 3 gün öncə Haiti yığmasına da 0:3 hesabı ilə uduzmuşdu.