Dərc edilib: 25-03-2025

https://www.nuh.az/41137-.html

6 günə 1418 şübhəli saxlanılıb – Türkiyənin daxili işlər naziri

25.03.2025 20:58:49

LIVE

“Martın 19-dan bu günə kimi keçirilən qanunsuz aksiyalarda 1418 şübhəli şəxs saxlanılıb”.
Yeniavaz.com
 xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, hazırda 979 şübhəli saxlanılıb, bu gün 478 nəfər məhkəmə qarşısına çıxarılacaq:
“Küçələrdə terror törətməyə cəhd edənlərə, milli-mənəvi dəyərlərimizə, polis idarələrimizə hücum edənlərə heç bir güzəşt edilməyəcək.
Prezidentimiz hörmətli Rəcəb Tayyib Ərdoğanın mərhum anasını və ailəsini təhqir edənləri bir daha lənətləyirəm.
Təhlükəsizlik qüvvələrimiz hüquqdan aldıqları güclə əziz millətimizin əmin-amanlığını və təhlükəsizliyini 7/24 qoruyur və bundan sonra da qoruyacaq”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib