İmamoğlu Ərdoğanın anasınа RƏHMƏT DİLƏDİ
Xəbər verdiyimiz kimi, ötən gün Saraçhanedə keçirilən nümayişlərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və ailəsini təhqir etməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə (İBB) başçısı Əkrəm İmamoğlu da sosial şəbəkə hesabında Ərdoğan və ailəsinin ünvanına təhqiramiz ifadələrə münasibət bildirib.
“Prezidentin anasına edilən təhqirləri bütün qəlbimlə qınayıram. Bu vəsilə ilə ona bir daha Uca Allahdan rəhmət diləyirəm”, - deyə İmamoğlu qeyd edib.
Digər tərəfdən, İmamoğlu onun həbsdə olmasından sui-istifadə edərək, anası, həyat yoldaşı və ailəsi haqqında qeyri-əxlaqi paylaşımlar edənlərə qarşı prokurorluğu tədbir görməyə çağırıb.