Dərc edilib: 25-03-2025

https://www.nuh.az/41125-.html

Deputat Əli Məsimlinin Qax rayonuna növbəti səfəri

25.03.2025 15:42:25

Cəmiyyət

 

Milli Məclisin deputatı Əli Məsimli 2025-ci il mart ayıının 24-də Qax rayonuna növbəti səfəri zamanı Qax Dövlət Kukla Teatrında olub.
Yaradıcı və xidməti heyətlə görüşüb. Teatrın direktoru Yusif Abdurrahmanov teatrın fəaliyyəti və qarşıdakı dövr ərzində yaradıcılıq planları barədə ətraflı məlumat verdi.
Əli Məsimli Azərbaycanda fəaliyyət göstərən beş kukla teatrından birinin məhz Qaxda fəaliyyət göstərməsinin olduqca vacib hadisə olduğunu bildirdi. O qeyd etdi ki, 52 yaşı olan Qax Dövlət Kukla Teatrının böyük və bərkimiş ənənələrə malikdir. Yaradıcı heyətin potensialının gələcəkdə daha böyük uğurlar qazanmağa imkan verəbiləcək səviyyədədir. Əli Məsimli teatrın həm Azərbaycan klassiklərinin əsərlərindən, həm də dunya ədəbiyyatının nümunələrindən istifadə etməklə uşaqlar üçün çox maraqlı tamaşalar səhnəyə qoymasını təqdirəlayiq hesab edib. Bununla yanaşı teatrın həm ölkə daxilində, həm də xaricdə fəaliyyətini genişləndirməkdə ötrü maddi-texniki bazasının möhkəmləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. O, bildirdi ki, səlahiyyətləri çərçivəsində teatrın problemlərinin həllinə dəstək verəcəkdir və teatr rəhbərliyindən xahiş etdi ki, bu istiqamətdə təkliflər hazırlayaraq təqdim etsinlər.
Daha sonra görüş səmimi mükalimə şəraitində davam etdi. 
Bir 4 nəfər şəkili ola bilər

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib