Dərc edilib: 25-03-2025

https://www.nuh.az/41115-.html

Ərdoğan Ankarada qəflətən kafeyə daxil oldu və .... – FOTO

25.03.2025 02:42:08

LIVE

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankara şəhərində bir kafeyə daxil olub vətəndaşlarla səmimi söhbət edib.

Musavat.com xəbər verir ki, Prezidentin qəfil ziyarəti yerli sakinlər tərəfindən böyük maraq və sevinclə qarşılanıb.

Ərdoğan kafedə əyləşən insanlarla əl-ələ görüşüb, uşaqlarla şəxsən maraqlanıb, onlara xüsusi diqqət göstərib. Görüntülərdə Prezidentin xalqla ünsiyyətində nə qədər rahat və yaxın bir atmosferin olduğu aydın sezilir.

Hadisə yerindən Anadolu agentliyinin yayımladığı fotoşəkillər və qısa görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. İzləyicilər Prezidentin xalqla birbaşa təmasını yüksək qiymətləndirib və bu jestin simvolik önəmini vurğulayıblar. 

 

Türkiyə mətbuatı və Anadolu Agentliyi Prezidentin bu səfərini Ramazan ayına təsadüf edən insanlarla daha yaxın olma mesajı kimi dəyərləndirib.

Musavat.com Ərdoğanın səfərindən olan foto və görüntüləri oxucularına təqdim edir.

Mənbə: https://www.aa.com.tr/tr/pg/foto-galeri/cumhurbaskani-recep-tayyip-erdogan-ankarada-bir-kafede-vatandaslarla-sohbet-etti

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib