Dərc edilib: 24-03-2025

https://www.nuh.az/41104-.html

Zelenskinin ofisindəki şəkillər gündəm oldu - Foto

24.03.2025 22:09:27

LIVE

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisində Kremlin alovlar içərisində olduğunu təsvir edən rəsm asılıb. 

“Qafqazinfo” xəbər verir ki, sözügedən rəsmin fotolarını “Time” jurnalı paylaşıb. 

Zelenski ilə müsahibə zamanı lentə alınan sözügedən fotoda Ukrayna lideri iki rəsm əsərinin qarşısında dayanıb. Həmin əsərlərdən birində alovlar içərisində Kreml, digərində isə ukraynalı hərbçilərin döyüşü təsvir edilib.  

Ukrayna prezidenti jurnalistlərlə söhbəti zamanı “Bu əsərlərin hər biri qələbə haqqındadır” deyib. 

Həmin foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib