İmamoğlunun həbsxananın önündə çəkilmiş – Fotosu
Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində həbs qərarı çıxarılıb və o Silivri rayonunda yerləşən çəzaçəkmə müəssisəsinə aparılıb.
Yeniavaz.com xəbər verir ki, Türkiyə mətbuatında onun həbsxanaya gətirilərkən çəkilmiş fotosu yayılıb.
İmamoğlunun çəzaçəkmə müəssisəsinə girməzdən əvvəl çəkilmiş fotosunda saxlanılarkən geyindiyi kostyumda olması diqqət çəkib.
Bildirilib ki, foto çəkilən zaman onun qalstuku və qol saatı üzərində olmayıb və paltosunu əlində tutub.
Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Ötən gün – martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda gemişmiqyaslı etiraz aksiyaları keçirilir.