TƏCİLİ! Ukrayna Rusiyanın bu ərazisini ƏLƏ KEÇİRDİ
Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Belqorod vilayətinin kəndini ələ keçirib.
NUH.az bildirir ki, bu barədə rusiyalı hərbi müxbir Vladimir Romanov özünün telegram kanalında paylaşım edib.
“Demidovka, Belqorod vilayəti. Hazırda düşmən tərəfindən zəbt edilib. Düşmən minatəmizləmə işləri apararaq keçid aça bilib. Bundan sonra ərazini saxlayan qüvvələr bu anı əldən buraxıblar. Vəssalam, düşmən artıq buradadır”. , -müxbir qeyd edib. /konkret.az/