Dərc edilib: 24-03-2025

https://www.nuh.az/41081-.html

Akşener niyə susur?

24.03.2025 00:19:11

LIVE

İYİ Partiyanın sabiq sədri Meral Akşenerin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması və həbs olunmasına hansısa reaksiya verməməsi diqqət çəkir.


NUH.az xəbər verir ki, adıçəkilən siyasətçilər arasında zamanında ana-oğul və bacı-qardaş münasibətləri var idi.

Ona görə də Akşenerin indiyə kimi səssiz qalması marağa səbəb olub. Bununla bağlı türkiyəli jurnalistlər Meral Akşenerin özəl qələm müdürü Esma Bekar ilə əlaqə saxlayıblar. O isə buna səbəb olaraq Akşenerin uzun müddətdir siyasi mövzular barədə fikir bildirmədiyini xatırladıb. /Cebheinfo.az/

NUH informasiya agentliyi səhifəsindən çap edilib