Dərc edilib: 23-03-2025

https://www.nuh.az/41078-.html

Mağazadan 769 MİN dəyərində sırğaları oğurlayıb UDDU və....

23.03.2025 23:17:04

LIVE

769 minlik sırğaları oğurlayıb uddu - Mədəsindən çıxarılaraq mağazaya qaytarıldı

ABŞ-ın Florida ştatında bir oğru özünü Amerika Basketbol Liqasında (NBA) oynayan basketbolçunun köməkçisi kimi təqdim edərək zinət əşyaları oğurlayıb. 
Qaynarinfo xəbər verir ki, o, 769 min dollar dəyərində sırğaları oğurladıqdan sonra udub. Polis zinət əşyalarının təbii yollarla oğrunun mədəsindən çıxarıldığını və mağazaya qaytarıldığını bildirib.
Orlando Polis Departamentinin sosial media hesabında yayımlanan açıqlamada 26 fevral tarixində tanınmış bir zərgərlik mağazasında oğurluq hadisəsinin baş verdiyi qeyd edilib. Məlumata görə, Ceytan Gilder adlı oğru mağazaya daxil olaraq oradakı xüsusi kolleksiya zinət əşyalarına baxmaq üçün özünü NBA oyunçusunun köməkçisi kimi təqdim edib. Daha sonra işçilərin diqqətini yayındıraraq, 769 min dollar dəyərində sırğalar və 575 min dollarlıq üzük oğurlayıb.
Gilder qısa müddət sonra saxlanılıb və rentgen müayinəsi nəticəsində oğurladığı sırğaların mədəsində olduğu müəyyən edilib.
Həbs edilən şəxsin günlərlə xəstəxanada nəzarət altında saxlanıldığı və sırğaların təbii yollarla bədənindən çıxarıldığı bildirilib. Hadisə ilə bağlı araşdırma aparıldıqdan sonra zinət əşyalarının mağazaya qaytarıldığı qeyd olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib