Dərc edilib: 23-03-2025

https://www.nuh.az/41074-.html

Azərbaycanda bu qadağa qüvvəyə MİNİR

23.03.2025 20:48:48

LIVE

Son illər həm erkən nikahlar, həm də qohum evliliklərinin sayı çoxalır.

NUH.az xəbər verir ki, bunu sosioloq Lalə Mehralı Globalinfo.az-a açıqlamasında deyib.
 
O, qohum nikahlar üçün təyin olunan qadağa müddətinin yaxınlaşdığını xatırladıb:
 
"Bir neçə aydan sonra qanuna görə, qohumlar arasında nikah mümkün olmayacaq. İnsanlar o vaxta qədər elə canfəşanlıq göstərirlər ki, sanki dövlət faydalı işi qadağan edir. Anlamırlar ki, bu, genefondumuz naminə atılan addımdır".
 
Sosioloqun fikrincə, qanun çoxdan qüvvəyə minməli idi:
 
"Yaxşı olardı ki, elə müzakirələr gedən zamandan qanun qüvvəyə minərdi. İnsanlara 1 il müddət verilməzdi. Bilirsiniz, nə qədər qohumlar arasında nikah bağlandı? İndi çoxlu sayda qohum evliliyindən uşaqlar dünyaya gələcək. Hələ qanun qüvvəyə minənə qədər proses davam edəcək".
 
Qeyd edək ki, Prezident İlham Əliyev 23 iyul 2024 Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib