Dərc edilib: 23-03-2025

https://www.nuh.az/41066-.html

Bu kənddəki ermənilər Azərbaycan türkcəsini ana dili hesab edir...- AĞLASIĞMAZ- FOTOLAR+VİDEO

23.03.2025 15:55:38

LIVE

“Onların mənşəyi ilə bağlı üç ehtimal irəli sürə bilərik...”
 
 
“Edissiya ermənilərinin toy adətləri azərbaycanlıların toy adətlərinə bənzəyir. Onlar yengəyə “yengə”, soldişə isə “solduş” deyirlər. Edissiya türkcəsi “soldiş” sözünün mənasını fərqli - “diş” deyil, “duş” (can) kimi göstərir...”
 
Moderator.az Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “Edissiya erməniləri...”  başlıqlı növbəti maraqlı araşdırma yazısını təqdim edir:
Rusiyanın Stavropol diyarının Kursk rayonundakı Kür çayının sahilində yerləşən Edissiya kəndini  1799-cu ildə Dərbənd şəhərinin ətrafından gəlmiş ermənilər salıblar. Kəndin əvvəlki adı Dərbənd olub. Bu gün Edissiyada 5377 erməni yaşayır. 
 
Edissiya ermənilərini digər ermənilərdən fərqləndirən əsas cəhət onların dilidir. Bu kəndin əhalisi Azərbaycancaya çox yaxın bir dildə danışır. Edissiyalılar həmin dili “bizımça” (bizimki, bizim dil) adlandırırlar. Amma buna baxmayaraq, onlar özlərini erməni hesab edirlər.
 
Bu fakt onu göstərir ki, keçmişdə milləti formalaşdırmış əsas amil dil deyil, din, etiqad, inanc sistemi, əqidə olmuşdur.
 
Edissiya ermənilərinin toy adətləri azərbaycanlıların toy adətlərinə bənzəyir. Onlar yengəyə “yengə”, soldişə isə “solduş” deyirlər. Edissiya türkcəsi “soldiş” sözünün mənasını fərqli - “diş” deyil, “duş” (can) kimi göstərir. Keçmişdə toydan sonra gəlin mütləq qayınatasının və ya ərinin babasının ayaqlarını yumalı idi.
Edissiya türkcəsində toy zamanı stola, süfrəyə qulluq edən (ofisiant) “ayaxçı” (ayaq üstə qalan) adlanır.
 
Edissiya ermənilərinin mənşəyi ilə bağlı üç ehtimal irəli sürə bilərik: 
 
-Onlar Dəşti-Qıpçaqdan Dərbəndə köçmüş və zamanla qriqorianlığı qəbul etmiş türklərdir.
 
-Edissiyalılar Dərbənddəki müqəddəs Cərcis məzarına xidmət ermiş albanların törəmələridir.
 
-Bu ermənilər sonradan hansısa səbəbə görə türk dilində danışmağa başlamış haylardır. Ən zəif  ehtimal budur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib